ELM VƏ TƏHSİL


Belçikada magistratura pilləsi üzrə təhsil almaq imkanı

Bakı, 29 noyabr, AZƏRTAC

Belçikanın “College of Europe” ali təhsil müəssisəsinə 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram Avropa Qonşuluq Siyasəti ölkələri vətəndaşları üçün dövlət idarəçiliyi və siyasəti, beynəlxalq münasibətlər və diplomatiya, Avropa iqtisadi tədqiqatları, Avropa hüququ kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir. Təqaüd proqramına 2022-ci il yanvarın 19-dək müraciət etmək olar.

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.