DÜNYA


Belçikada tətil səbəbindən fevralın 13-nə olan bütün aviareyslər ləğv edilib

Bakı, 13 fevral, AZƏRTAC

Belçikada ümummilli tətillər səbəbindən fevralın 12-i yerli vaxtla saat 22:00-dan fevralın 13-ü saat 22:00-a qədər nəzərdə tutulan bütün aviareyslər ləğv olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə krallıqda hava nəqliyyatının hərəkətinə nəzarət edən “Skeyes” kompaniyası məlumat yayıb.

Ümummilli tətillərin Belçikanı, əsasən də beynəlxalq aviasiya və dəmiryol daşımalarını demək olar ki, tam iflic edəcəyi gözlənilir. Bu, sənayenin, dövlət müəssisələrinin, nəqliyyatın işinin tam dayandırılması ilə nəticələnəcək. Təhsil sahəsinin, həmçinin xilasedicilərin və polisin fəaliyyəti qismən dayanacaq.

Qeyd edək ki, ölkənin bütün əsas həmkarlar ittifaqlarının dəstəklədiyi etiraz aksiyaları 2019-2020-ci illərdə məvaciblərin artırılması qaydası barədə hökumət və biznes assosiasiyası ilə aparılan danışıqların uğursuzluqla nəticələnməsi ilə bağlıdır. Hökumət və biznes qlobal iqtisadi problemləri bəhanə edərək həmin dövrdə məvaciblərin indeksləşməsini 0,8 faizlə məhdudlaşdırmağa çalışır ki, bu da həmkarlar ittifaqlarının narazılığına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.