İDMAN
Belçikadakı turnir Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası üçün uğurla olmuşdur VİDEO
Bakı, 11 aprel (AZƏRTAC). Belçikanın Lommel şəhərində təşkil edilən ənənəvi “Belgian Open” açıq birinciliyi Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası üçün uğurlu olmuşdur.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov, eləcədə məşqçi-müəllim Rəşad Məmmədovun rəhbərliyi altında 28 idmançı ilə turnirdə iştirak edən millimiz yarışda 3 qızıl, 2 gümüş və 9 bürünc medal qazanmışdır.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, artıq 35-ci dəfə keçirilən turnirdə ölkəmizi təmsil edən taekvondoçulardan Orxan Tağızadə (65 kq), Diana Hacıəliyeva (41 kq) və Minayə Ələkbərova (29 kq) rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşlər. Nicat Musayev (57 kq) və Məhəmməd Əlizadə (33 kq) isə yalnız finalda məğlub olaraq yarışı gümüş medalla başa vurmuşlar.
Komandanın digər üzvlərindən Nəsən Həsənov (45 kq), Aslan Qasımov (53 kq), İkram Hüseynov (61 kq), Aliyə Zeynalova (33 kq), Kənan Məmmədli (57 kq), Bəhruz Quluzadə (33 kq), Mehdi Tağıyev (65 kq), Nərgiz Mehdiyeva (37 kq) və Şəms Əliyeva (51 kq) isə bürünc medalla kifayətlənmişlər.
Yarışda millimiz komanda hesabında 14 medalla 4-cü pillədə qərarlaşmışdır.