ELM VƏ TƏHSİL


Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir

Bakı, 19 iyul, AZƏRTAC

Belçikalı tanınmış rejissor Mişel İvo Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşən belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu deyib.

M.İvo Xurşidbanu Natəvanın əsərlərinin institutda saxlanılan əlyazmaları, sənədləri, eləcə də şairin rəsm albomu ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.