MƏDƏNİYYƏT


Belçikalı rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb

Bakı, 11 iyul, AZƏRTAC

Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) çəkdiyi “Zəfər tağı” (L'Arc de Triomphe) əsəri Londonun “Christie’s" hərrac evində 22,5 milyon dollara satılıb.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, əsər 1962-ci ildə çəkilib və rəssamın ona verdiyi ada baxmayaraq rəsmdə mavi-yaşıl şabalıd yarpaqları fonunda qüdrətli bir ağac təsvir edilib. Ağac obrazı Rene Maqrittin müharibədən sonrakı yaradıcılığında əsas motivlərdən biri olub.

Mütəxəssislər bu əsəri insanların təqlid etməyə can atdığı ahəngdarlıq zəfəri, mütləq birlik hissi, ilahi düşüncənin bütövlüyü, yalnız təbiətdə müşahidə etdiyimiz yaradılış və daimi yenilənmə prosesi kimi qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.