SİYASƏT
Belçikanın “Diplomatic World” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib VİDEO
Brüssel, 6 yanvar, AZƏRTAC
Belçikada akkreditə olunmuş diplomatik korpus arasında geniş yayılmış “Diplomatic World” jurnalının dekabr nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərovun müsahibəsi dərc edilib.
Müsahibədə səfir Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin regiondakı mövqeyi, qonşu dövlətlərlə münasibətləri, respublikamızda mövcud olan dini və etnik müxtəliflik barədə söhbət açıb. Diplomat, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional əhəmiyyətli enerji layihələri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, alternativ enerjinin inkişafı ilə bağlı həyata keçirilən proqramlar, habelə Avropa ölkələri ilə humanitar sahədə əməkdaşlığa dair sualları cavablandırıb.
Müsahibənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel