CƏMİYYƏT


Bələdiyyə seçkiləri ilə əlaqədar Nəsimi rayonunun Qadınlar Şurasının üzvləri ilə görüş keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı tərəfindən rayonun Qadınlar Şurasının üzvləri ilə görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması, seçkilərlə əlaqədar bölgələrdə görüşlərin təşkili və digər məsələlərin müzakirəsidir.

Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini ifadə edən M.İbrahimqızı bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova çıxış edərək hakim partiyanın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən Qadınlar Şurasının fəaliyyətindən ətraflı danışıb. O, qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.

Sonda iştirakçılara bir sıra təbliğat materialları paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.