SİYASƏT


Bələdiyyə seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib

Bakı, 22 noyabr, AZƏRTAC

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb. Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd polis əməkdaşlarının bələdiyyə seçkilərindəki fəaliyyətinin daha da təkmilləşdirilməsindən ibarətdir.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.