REGİONLAR


Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi istiqamətində regional seminar-müşavirə keçirilib VİDEO

İmişli, 18 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Ədliyyə Nazirliyi tərəfindən regionlarda təşkil edilən silsilə tədbirlərin davamı olaraq Bələdiyyələrlə iş mərkəzinin və İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə İmişli şəhərində regional seminar-müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli, Beyləqan, Biləsuvar, Saatlı və Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyə üzv və qulluqçularının iştirak etdikləri tədbirdə "Yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçirilməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri barədə", "Korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffaflığın və hesabatlılığın artırılması" və "Bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prosesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi" mövzularında müzakirələr aparılıb.

Tədbirdə İmişli Regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov, Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi İsrafil Mustafayev, Bələdiyyələrlə iş mərkəzinin böyük məsləhətçisi Səfa Cəfərov və Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi (iqtisadçısı) İlyas Kərimov məruzələrlə çıxış ediblər.

Çıxışlarda tədbir iştirakçılarına dövlət başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlər barədə məlumat verilib, o cümlədən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməklə korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi tövsiyə olunub. Həmçinin bələdiyyələrin əlaqələndirmə şuralarının internet səhifələrinin daimi işlək vəziyyətdə saxlanılması, bələdiyyələr tərəfindən görülmüş işlərin həmin səhifədə yerləşdirilməsi təmin edilməklə yerli əhalinin məlumatlandırılmasının diqqətdə saxlanılması, vətəndaş müraciətlərinə, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə diqqət və həssaslıqla yanaşılması vurğulanıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.