İQTİSADİYYAT


Bələdiyyələr müəssisəyə icarəyə verdikləri torpağa görə elektron qaimə-faktura təqdim etmirlər

Bakı, 11 mart, AZƏRTAC

Bələdiyyədən icarəyə götürülən torpağa görə yerli büdcəyə icarəhaqqı ödənilən zaman bələdiyyə müəssisəyə elektron qaimə-faktura verməlidirmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualı ilə bağlı bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi zamanı işlərin və xidmətlərin alıcılarına elektron qaimə-fakturanın verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Odur ki, bələdiyyələr tərəfindən icarəyə verilmiş torpaq sahəsinə görə müəssisəyə elektron qaimə-faktura təqdim edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.