CƏMİYYƏT


Belfastda Anım Gününə həsr edilmiş məlumatlandırma aksiyası təşkil olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Şimali İrlandiyanın Belfast şəhərində yaşayan Azərbaycan icmasının 27 Sentyabr – Anım Günü ilə əlaqədar məlumatlandırma aksiyası təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, parlament binasının önündə baş tutan aksiya Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının Şimali İrlandiya üzrə əlaqələndiricisi Pərvanə Ağazadənin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Aksiya zamanı 44 günlük Vətən müharibəsinin tarixi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və digər şəhərlərimizdəki yaşayış məntəqələrinin raketlərlə bombardman etməsi, eləcə də Ermənistanın törətdiyi təxribatlar barədə məlumatı əks etdirən bukletlər yerli sakinlərə paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.