MƏDƏNİYYƏT


Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Belqrad, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. Mərkəz Serbiyada Azərbaycan dilinin, mədəniyyətinin təbliği məqsədilə yaradılıb.

Tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sonra tədbir “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda Azərbaycan Dillər Universitetində keçirilmiş beynəlxalq elmi konfransın bölmə iclası ilə davam edib. İclasda çıxış edənlər Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı istiqamətində xidmətlərindən danışıblar.

İclas çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib” hekayələr toplusunun serb dilinə tərcüməsinin təqdimatı da keçirilib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.