MƏDƏNİYYƏT


Belqrad Universitetində “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf tarixi” adlı tədbir keçirilib

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf tarixi” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü və səfirliyimizin dəstəyi ilə təşkil edilib.

Belqrad Universitetinin Filologiya fakültəsinin dekanı professor Lilyana Markoviç bu cür tədbirlərin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin daha da inkişafına xidmət etdiyini deyib.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru, Novi Sad Universitetinin professoru Zərifə Əlizadə mühazirəsində Azərbaycan folkloru, saz, tar, kamança və ölkəmizin digər milli musiqi alətlərinin xüsusiyyətləri, onların musiqi tariximizdə əvəzsiz rolu, həmçinin milli rəqslərimiz və muğam sənəti haqqında məlumat verib.

Sonra videoçarxlar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.