SİYASƏT


Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

Belqrad, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Serbiyanın paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş Assambleyanın gündəliyində FENA Agentliyinin (Bosniya və Herseqovina) təşkilata qəbul olunması məsələsi yer alıb. Gizli səsvermə yolu ilə agentlik EANA-nın üzvü seçilib. Avstriyanın APA Agentliyinin nümayəndəsi Klement Piq alyansın bürosuna seçilib.

Baş Assambleya, həmçinin EANA-nın prezidentinin və baş katibinin hesabatlarını dinləyib.

Assambleyanın işində AZƏRTAC-ın AFR-dəki xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov iştirak edib. O, səslərin sayılması üçün assambleyanın seçki komissiyasının tərkibində yer alıb.

Xatırladaq ki, AZƏRTAC 2008-ci ildən EANA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.