SİYASƏT


Belqradda Dağlıq Qarabağın mədəni irsi ilə bağlı mühazirə dinlənilib

Belqrad, 14 fevral, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda Dağlıq Qarabağ və Kosovonun mədəni irsləri haqqında mühazirə dinlənilib.

AZƏRTAC-ın xəbərinə görə, “Dünyanın gözündə” adlı mühazirədə Serbiya Qloballaşma Mərkəzinin sədri professor Deyan Miletiç və səfirliyimizin əməkdaşı Emil Ağayev müvafiq olaraq Kosovo və Dağlıq Qarabağın mədəniyyətləri, tarixləri barədə maraqlı məlumatlar veriblər.

Tədbir çərçivəsində Azərbaycan şairlərinin serb dilinə tərcümə olunmuş şeirləri səsləndirilib, “Sehrli lampa” Assosiasiyasının gənc üzvlərinin ifasında mahnılar dinlənilib, habelə balet nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, mühazirəni dinləyənlər arasında Qazaxıstan, Əlcəzair, Anqolanın diplomatik nümayəndələrinin üzvləri, jurnalistlər və elm xadimləri olublar.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.