MƏDƏNİYYƏT


Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir VİDEO

Belqrad, 19 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamının icrası üzrə tədbirlər çərçivəsində Belqradda “Yuqoslaviya kinoteatrında” şairin serb dilinə tərcümə edilmiş şeirləri məcmuəsinin təqdimatı və tarixdə ilk dəfə olaraq “Nəsimi” bədii filminin serb subtitrləri ilə nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Serbiyanın qanunvericilik orqanının Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun üzvləri, dövlət xadimləri, hökumətin, diplomatik korpusun üzvləri, Serbiya paytaxtının yaradıcı və elmi dairələrinin, həmçinin ölkənin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Serbiya Kral Akademiyasının üzvü, akademik Sokol Sokoloviç çıxış ediblər.

“Nəsimi” filminin subtitrlərlə nümayişi qonaqlarda böyük maraq doğurub və gurultulu alqışlarla başa çatıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.