DÜNYA


Belqraddakı “maye ağac” oksigen istehsal edir

Belqrad, 8 dekabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda şəhərin havasını yaxşılaşdırmaq üçün “maye ağac” adlı fotobioreaktordan istifadə olunur.

AZƏRTAC xəbər verir ki, ölkədə ilk dəfə tətbiq olunan bu qurğu fotosintez yolu ilə karbon qazını oksigenə çevirən 600 litr su və mikroyosunlardan ibarətdir. Qurğu iki ədəd 10 yaşlı ağac və ya 200 kvadratmetr otluq sahə qədər oksigen istehsal edir.

Belqrad Universiteti və şəhər rəhbərliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ağac əkilməsinin mümkün olmadığı ərazilərdə “maye ağaclar”ın qurulması planlaşdırılır. Üzərində günəş panelləri olan bu qurğu gecə işıqlandırmanı da təmin edir.

Qeyd edək ki, şəhərin yaxınlığındakı istilik elektrik stansiyalarının təsiri ilə Belqrad qış mövsümündə havanın ən çox çirkləndiyi paytaxtlar sırasındadır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.