İDMAN


“Benfika”nın yarımmüdafiəçisi Avroliqanın tarixinə düşüb

Bakı, 12 aprel, AZƏRTAC

Portuqaliyanın “Benfika” futbol klubunun yarımmüdafiəçisi Joao Feliks Avroliqanın tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, 19 yaşlı portuqaliyalı yarımmüdafiəçi Avropa Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Ayntraxt”la keçirilən görüşdə “Benfika”nın 4:2 hesabı ilə qalib gəldiyi matçda het-trik və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bu nəticə ilə Avroliqa tarixində het-trik edən ən gənc oyunçu adına yiyələnib. Joao Feliks buna 19 yaş 152 günlüyündə nail olub. O, bu nəticə ilə Xorvatiyanın “Dinamo Zaqreb” klubunda çıxış edən Marko Pyaçanın (19 yaş 219 günlük) rekordunu yeniləyib.

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi cari mövsümdə “Benfika”nın heyətində keçirdiyi 36 oyunda 15 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.