CƏMİYYƏT


Benilüks Azərbaycanlıları Konqresi yardım aksiyası keçirib

Paris, 4 aprel, AZƏRTAC

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Bakıda 45 şəhid, qazi ailəsinə və aztəminatlı ailələrə yardım göstərilib.

AZƏRTAC xəbər verir ki, bunu BAK-ın sədri və Niderlandda yaşayan həmvətənimiz Elsevər Məmmədov bildirib.

O qeyd edib ki, BAK belə aksiyaları adətən Ramazan və Qurban bayramları ərəfəsində həyata keçirib. Ancaq bu aksiya tamamilə fərqlidir.

“Hazırda dünya indiyədək misli görünməmiş COVID-19 pandemiyası ilə üzləşib. Bütün ölkələr bu bəlaya qarşı mübarizə aparır. Ölkəmiz də ağır bir imtahandan keçir. Belə bir vaxtda bir-birimizə dəstək olmağımız çox vacibdir.

Aksiya vasitəsilə indiki çətin vəziyyətdə dövlətimizin, xalqımızın yanında olduğumuzu göstərmək istədik. BAK-ın Bakıdakı nümayəndəsi vasitəsilə bu aksiyanı reallaşdıraraq xalqımızın yanında olduğumuzu bildirik. Gücümüz birliyimizdədir!”,-deyə E. Məmmədov bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.