DÜNYA


Benqal körfəzində 5,6 bal gücündə zəlzələ baş verib

Bakı, 22 may, AZƏRTAC

Benqal körfəzində yerləşən Andaman və Nikobar adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri isə Hindistanın Bambu Flət yaşayış məntəqəsindən 243 kilometr şimalda yerləşib. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.