DÜNYA


“Bentley” 100 illiyi münasibətilə eksklüziv model təqdim edəcək

Bakı, 24 yanvar, AZƏRTAC

Dünyanın ən nüfuzlu avtomobil markalarından biri – Britaniyanın “Bentley” şirkəti özünün 100 illik yubileyini eksklüziv modelin buraxılması ilə qeyd edəcək. AZƏRTAC “Motor” saytına istinadla xəbər verir ki, məhdud şəkildə istehsal ediləcək “Continental GT” modeli martın 5-də Cenevrə avtosalonunda təqdim olunacaq.

Yubiley maşınları tünd yaşıl rəngli gövdələri və radiator qəfəsi üzərinə vurulmuş “9” rəqəmi ilə fərqlənəcək. “Blower Bentley” 1930–cu ildə “Le-Mane”də bu nömrə altında çıxış edib və dövrəni qətetmə üzrə rekord müəyyən edib. Bundan əlavə, “doqquz” ədədi yüzilliyin illərinin rəmzi ola bilər: 1919-2019.

“Bentley” yüzüncü ildönümünün bayram edilməsi çərçivəsində brendin tarixindən və gələcəyindən söz açan kitab da nəşr etdirəcək. Kitabda əsas diqqət ötən əsrin 20-ci illərində “Le-Mane”dakı qələbələr, markanın məşhur modelləri, habelə bu şirkəti yaradan insanlar üzərində cəmləşdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.