Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bənzərsiz ssenarilərlə kino dünyamızı zənginləşdirən sənətkar

Bu gün Xalq Artisti Həsən Seyidbəylinin doğum günüdür

Bakı, 22 dekabr, AZƏRTAC

Bu gün görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq Artisti Həsən Seyidbəylinin anadan olmasından 97 il ötür. Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadiminin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib. Bu mənada AZƏRTAC-ın sifarişi ilə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirovanın kinorejissora həsr etdiyi yazı da maraq doğurur.

Ədəbiyyatdan mədəniyyətə gedən yol

1920-ci il dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Sonralar ali ssenari kurslarında təhsilini davam etdirən sənətkar 1963-1980-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışıb. 

Həsən Seyidbəyli yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığında “Kür sahillərində” , “Telefonçu qız” povestləri, “Uzaq sahillərdə” romanı ( İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə”, “İllər keçir” ( İ.Qasımovla birgə), “Çiçək” romanları, “Dəniz cəsurları sevir” (İ.Qasımovla birgə), “Sən nə üçün yaşayırsan” (İ.Qasımovla birgə) pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol” , “Bakıdan – Göygölədək” film-oçerkləri milli kinematoqrafiya sənətinə istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu. “Nəsimi” filmini çəkmək böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə gətirməklə kino tariximizi zənginləşdirdi. Ömrünün son vaxtlarında H.Seyidbəyli “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmin ssenarisini də rejissor özü yazmışdı. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Milli mədəniyyət tariximizin müasir mərhələsinin ən böyük simalarından olan aktyor ömrünü ədəbiyyata və incəsənətə həsr etmiş, incəsənətin müxtəlif növlərində, janrlarında nailiyyətlər qazanmışdır. Həmin istiqamətlərdən biri də kinodramaturgiyadır. H.Seyidbəylinin kinossenari yaradıcılığı daim diqqət mərkəzində olmuşdur. Sənətkar öz kinossenarilərində maraqlı, gərgin, dramatik süjet ustası, bir-birindən fərqlənən tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb edir. H.Seyidbəylinin kinossenariləri öz ideya məzmunu və bədii-emosional keyfiyyətləri cəhətdən maraq kəsb edir.

Həsən Seyidbəylini kinematoqrafiyada yaşadan ssenarilər

Həsən Seyidbəylinin ssenari müəllifi olduğu “Cazibə qüvvəsi”, “Doğma xalqıma” , “Xoşbəxtlik qayğıları”, “Qızmar günəş altında” , “Möcüzələr adası” , “O qızı tapın” , “Sən niyə susursan?” , “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Yolda əhvalat” kimi filmlər onun ssenarist kimi istedadını sərgiləyir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan H.Seyidbəylinin böyük kino ilə ilk təması “Uzaq sahillərdə” (1958) filmi ilə baş tutmuşdu. Xalq Yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” filminin ssenarisində kinematoqrafiyanın bütün tələblərinə əməl edilmişdi. Müharibə mövzusunun çox sərrast işləndiyi bu ssenari, müəlliflərinə böyük şöhrət gətirdi. Filmdə İkinci Dünya müharibəsi illərində İtaliya ərazisində partizan dəstəsində vuruşan azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından söhbət açılır. 

H.Seyidbəylinin ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film “Doğma xalqıma” (1954) filmidir. “Doğma xalqıma” ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Konsert janrında çəkilmiş ekran əsərində Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyatzadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa Salayev və başqa incəsənət xadimləri yaradıcılıq hesabatı verir. Bəstəkarlardan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız Qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.

H.Seyidbəylinin “Kənd həkimi” povesti əsasında çəkilmiş “Qızmar günəş altında” filmində şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Ə.Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Kəndə qısa müddətli ezamiyyətə gəlmiş filmin qəhrəmanı özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür.

“Yolda əhvalat” filmi atasının “Pobeda” markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.

Azərbaycan kinosunun nağılçısı

Ancaq H.Seyidbəyli bir sıra filmlərin həm ssenari müəllifi, həm də rejissoru kimi çıxış edib. Bunlara misal olaraq, “Bizim Cəbiş müəllim”, “Xoşbəxtlik qayğıları”, “Telefonçu qız”, “Sən niyə susursan” və s. filmləri göstərmək olar. “Bizim Cəbiş müəllim” (1969) filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin bədbəxtliklərini xatırladan dərin kədər var. H.Seyidbəylinin filmlərində, hər bir kadrın qrafik və rəng-ton həllinin diqqətlə işlənməsi, həmçinin qeyri-standart təhkiyə tərzi rejissorun kino dilinin ifadə vasitələrinə həssas münasibətindən xəbər verir. 

Bu halda, yuxarıda qeyd edilənləri nəzərə alsaq, deyə bilərik ki, kinorejissor H.Seyidbəyli birinci növbədə vizuallaşdırma ustası və yalnız ondan sonra nağılçıdır. Çünki hər şeydən əvvəl kinematoqraf təsvir sənətidir. Kinonəql filmin bitkin obrazı ilə nəticələnən “şəkillər” zəncirindən ibarətdir. Əsl kinorejissor – vizuallaşdırma ustası – həmin obrazın partiturasını yaradanda gələcək filmin tamaşaçıya neyrofizioloji təsir xüsusiyyətini əsas götürür. Yəni o, artıq sadəcə ssenaridəki material, həmin materialı təkmilləşdirmək və onun gizli potensialını inkişaf etdirmək haqqında düşünmür. Rejissor daha çox bu materialı zaman-məkan ölçüsündə necə istifadə etmək barədə fikirləşir ki, materialın ideyası daha təsirli olsun. Sadə dillə desək, rejissor tamaşaçını öz ismarıcının adresatı hesab edir və insanın qavrama qabiliyyətini nəzərə alır. Təbii ki, kinodramaturq da ssenarini hazırlayanda daim tamaşaçı haqqında fikirləşir – ekspozisiyası, dönüş nöqtələri, kulminasiyası və düyünün açılışı ilə Aristotelin “Poetikası”na əsaslanan ssenarinin üç hissəli quruluşu insanın qavrama qabiliyyətinin xüsusiyyətlərini nəzərə alaraq yaradılıb. Amma hər halda bu, son nəticədə – rejissor kino dilinin elementləri ilə oynayaraq, filmin təkrarolunmaz atmosferini yaradandan sonra meydana çıxacaq nəsnənin ilk rüşeymləridir.

Onun filmləri bu gün də tamaşaçını ovsunlayır

H.Seyidbəyli quruluş verdiyi filmlərdə bir rejissor olaraq, yalnız incə zövqlü sənətkar kimi yox, həm də məqsədi tamaşaçıya bilavasitə hipnotik təsir etmək olan sərt suggestoloq-alim kimi çıxış edir. Mövzu, süjet, fabula isə sadəcə bu təsirin üzərindəki pərdədir. Görkəmli kinorejissorun filmlərində ilk nəzərə çarpan elementlərdən biri də məhz tamaşaçıya güclü təsiretmə bacarığıdır. Onun filmlərinin atmosferi tamaşaçını film başlayan andan ələ alır, həmin ovqatın təsirinə salır. Son nəticədə tamaşanın üç ölçülü səhnəsindən fərqli olaraq, bütün bu sehrli atmosfer ikiölçülü ekranda əks olunur və filmin bütün təsiri işığın, rəngin oyunu, cizgilər, səslər və s. dördbucaq ekran üçündür. Onun çərçivəsi kadrın sərhədləri ilə üst-üstə düşür və kinematoqrafik məkana “giriş” rolunu oynayır. Təbii ki, kinorejissor aktyorların çəkiliş meydançasındakı oyunundan hədsiz zövq ala bilər, amma heç vaxt kino dilinin neyrofizioloji elementlərini yaddan çıxarmamalıdır. Ancaq onların sayəsində film tamaşaçıya təsir edir. 

H.Seyidbəylinin ssenari yaradıcılığında özünəməxsus xüsusiyyətləri çoxdur. Kino dramaturqu kimi o, çox ciddi ictimai konfliktə malik mövzulara əl atmış, müharibə, ailə-məişət qayğıları, əmək problemlərinə aid müstəqil ədəbi ssenarilər yazmışdır. H.Seyidbəyli mənfi obrazları ya monoloqları, ya da tərəf-müqabilləri vasitəsilə qınaq obyektinə çevirirdi. Bir sözlə, o, əsl realist sənətkar idi. Onun ekran dramaturgiyasına hələ çox boylanılacaq, sənətkarlıq xüsusiyyətləri təhlil obyektinə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO