İQTİSADİYYAT
Berat Albayrak: TANAP boru kəməri iyunda istifadəyə veriləcək
Bakı, 15 fevral, Nihad Budaqov, AZƏRTAC
TANAP boru kəməri bu ilin iyun ayında istifadəyə veriləcək.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Nazir qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi çox önəmli və məşhur layihədir. Bu layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi, ortaya qoyduğu güclü siyasət nəticəsində mümkün olub.
"Yanvardan etibarən TANAP-a sınaq məqsədilə təbii qaz vurulub. İyun ayında TANAP boru kəməri istifadəyə veriləcək. 2020-ci ildə isə Azərbaycan təbii qazı Avropaya çatacaq və bununla da "Cənub Qaz Dəhlizi" layihəsi yekunlaşmış olacaq", - deyə Berat Albayrak əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]