REGİONLAR
Bərdə “ASAN xidmət” mərkəzinin əhatə dairəsi genişləndi VİDEO
Bakı, 16 fevral, AZƏRTAC
Artıq Bərdə “ASAN xidmət” mərkəzi Mingəçevir şəhərinin və Ağdaş rayonunun sakinlərinə də xidmət göstərəcək. Belə ki, Mingəçevir və Ağdaş sakinləri Bərdə “ASAN xidmət” mərkəzinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xatırladaq ki, 2015-ci il martın 29-da Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb və Mərkəz Bərdə rayonu ilə yanaşı, Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli və Tərtər rayonlarının qeydiyyatda olan sakinlərinə də xidmət göstərir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]