CƏMİYYƏT


Bərdə, Ağcabədi və Tərtər Qadın Resurs mərkəzlərinin 60 üzvünə peşə sertifikatı verilib

Bakı, 11 avqust, AZƏRTAC

Bərdə, Ağcabədi və Tərtər Qadın Resurs mərkəzlərinin üzvləri peşə təhsilinə yiyələnirlər. Bu, Bərdə Peşə Liseyi ilə əməkdaşlıq nəticəsində mümkün olub.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, BMTİP və Bərdə Peşə Liseyinin Bərdə, Ağcabədi və Tərtər Qadın Resurs mərkəzlərinin üzvləri üçün təşkil etdikləri “Microsoft Office” proqramlarının istifadəsi” kursunu uğurla başa vuran 60 qadına peşə sertifikatları təqdim olunub. Kurs “Word”, “Excel” və “Power Point” proqramlarını əhatə edib.

Bu həftə daha bir kurs proqramına start verilib. Mühasibatlıq üzrə keçirilən proqramdan 60 qadının faydalanması nəzərdə tutulur.

Qeyd olunan peşə kursları “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində təşkil olunur.

BMTİP-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi layihəni Britaniyanın ölkəmizdəki səfirliyi maliyyələşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.