REGİONLAR


Bərdə-Ağdam dəmir yolunda keçidlərin salınması üçün müraciət olunub VİDEO

Bərdə, 6 may, AZƏRTAC

Bərdə-Ağdam dəmir yolunda keçidlərin salınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunub. Razılaşma əldə olunduqdan sonra qeyd edilən ərazidə keçidlərin, suötürücü boruların tikintisi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bərdə-Ağdam dəmir yolu tikintisinin layihə rəhbəri Şəmsəddin Talıbov deyib.

O bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün dəmir yolu mühafizə zolağının ətrafı çəpərlənəcək və 300-500 metrdən bir qapılar quraşdırılacaq. Bununla yanaşı, ərazidə mal-qaranın keçməsi üçün də heyvan keçidləri tikiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.