CƏMİYYƏT


Bərdə Rayon Prokurorluğu: Uşaq xəstəxanasının dəhlizinə atılan iki azyaşlı atalarına təhvil verilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 22-də Tərtər rayonunun Şıxlar kənd sakinləri Allahverdi Muradovun və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum nəvələri - 2011-ci il təvəllüdlü İlkin Quliyevi (ad-soyad şərtidir) və altı aylıq körpə Rza Quliyevi (ad-soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə Rayon Uşaq Xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb, istintaqının aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilib. Hər iki uşaq ataları Sərxan Kərimova təhvil verilib.

Hazırda uşaqların səhhəti normaldır.

Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.