REGİONLAR


Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhid ailələri ilə görüşüblər

Bərdə, 12 iyun, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Vətən müharibəsində şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemi öyrənilir, maddi və mənəvi dəstək göstərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə görüş Mingəçevir şəhərində keçirilib. Regional idarənin rəhbərliyi əvvəlcə Şəhidlər xiyabanı ziyarət edib, sonra Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İlkin Ağakişiyev və Fuad Xankişiyevin ailəsinə baş çəkib. Görüş zamanı şəhidlərimizin keçdiyi döyüş yolundan bəhs edilib.

Regional idarənin rəisi İlyas Hacıyev şəhid valideynlərinə vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və dövlətimizin, Azərbaycan xalqının hər zaman onların yanında olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və sağlamlıqlarını itirmiş vətəndaşlara dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir, bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.