REGİONLAR


Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Bərdə, 11 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə mədəniyyətə, incəsənətə böyük qayğı ilə yanaşıb, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına diqqət yetirib. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Regional Mədəniyyət İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi əvvəlcə əbədiyaşar liderin Bərdə rayon Mədəniyyət Mərkəzindəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Regional idarənin rəisi İlyas Hacıyev ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan və zəngin dövlətçilik fəaliyyətindən, ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına diqqət və qayğısından danışıb.

Sonra idarənin kollektivi ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyub, park ərazisində 1979-cu ilin sentyabrında Ulu Öndərin əkdiyi sərv ağacının və Prezident İlham Əliyevin 2015-ci il martın 12-də Bərdə rayonuna səfəri zamanı əkdiyi ağacın önündə xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.