REGİONLAR


Bərdə məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir

Bərdə, 7 dekabr, AZƏRTAC

Bərdə rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhər 7 nömrəli tam orta məktəbin şagirdlərinin rayonun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olub. Mərkəzin ekskursiyaçısı Yaqub Vəliyev məktəblilər qarşısında "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda məruzə ilə çıxış edib. O, ölkəmizdə gənclər siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan gənclərinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti həm mahiyyət, həm də keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Məktəblilər Mərkəzin ekspozisiya zalında Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən foto və sənədlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.