Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bərdə qətliamı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır

Bərdə qətliamı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır

Bakı, 29 oktyabr, AZƏRTAC

Döyüş meydanında Azərbaycan Ordusu qarşısında diz çökən qorxaq Ermənistan yenə də mülki əhalini hədəf seçdi. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox mülki vətəndaş ağır yaralanıb. Ermənistan ordusu tərəfindən dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı böyük cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir. Amma dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ya bunu dərk etmir, ya da maraqlarına cavab vermədiyi üçün hər dəfə susmağı çıxış yolu hesab edirlər. Dövlətimizin başçısı İlham Əliyev böyük inam və qətiyyətlə bəyan etdiyi kimi, tezliklə bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bu gün Azərbaycana qarşı bütün imkanları səfərbər edən dövlətlər bunu bir daha fikirləşsinlər. Azərbaycan o dövlətlərdən deyil ki, onun maraqlarını kimsə kənara qoya bilsin. Gün gələcək, həmin dövlətlər əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs, hansı üzlə bizə baxacaqlar?

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Beynəlxalq birliyin Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmədiyini vurğulayan V.Rəhimzadə deyib: “İşğalçı dövlət bu terror əməllərini məqsədli şəkildə həyata keçirir. Hamının bildiyi həqiqətdir ki, kasetli bombalardan istifadə beynəlxalq qanunla qadağan edilib. Əgər dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar münasibətlərdə hüquq probleminin yaşanmamasını düşünürlərsə, niyə terror əməllərini dövlət səviyyəsində həyata keçirən Ermənistana hələ də “gözün üstə qaşın var” demək istəmir, müharibə canisi Nikol Paşinyanın əmri əsasında həyata keçirilən cinayət əməllərinə göz yumurlar? Budurmu ədalət, budurmu beynəlxalq hüquq?”.

Dövlətimizin başçısı İlham Əliyevin “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq” fikirlərini önə çəkən baş redaktor bildirib ki, məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin problemə ikili standartlar əsasında yanaşmasının nəticəsidir ki, münaqişənin nizamlanması ilə bağlı istər son 30 ilə yaxın müddətdə, istərsə də son bir ayda davam edən Vətən müharibəsi dövründə aparılan danışıqlar bir qayda olaraq ermənilər tərəfindən təxribatların törədilməsi ilə müşayiət olunub. Artıq hər kəsə məlumdur ki, işğalçı dövlət sülh danışıqlarında maraqlı deyil. Birbaşa Nikol Paşinyan tərəfindən verilən əmrə əsasən Bərdə şəhərinin atəşə tutulması nəticəsində törədilən qətliamın məhz oktyabrın 30-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrədə keçiriləcək görüşü ərəfəsində həyata keçirilməsi də təsadüfi deyil. Gəncənin birinci dəfə atəşə tutulması Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündən sonraya, ikinci dəfə qətliama məruz qalması isə ABŞ-ın təşəbbüsü ilə bu formatda keçirilən görüş ərəfəsinə təsadüf etmişdi. Bunu hər kəs dərk etdi, amma təəssüf ki, bu reallıq münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə “çatmadı”.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev son bir ayda xarici mətbuata bütün müsahibələrində, o cümlədən oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində “öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaran” Ermənistanın baş naziri Nikol Paşinyanın və ona havadarlıq edən dövlətlərin guya Türkiyə hərbçilərinin Azərbaycana, sadəcə, kömək etmədikləri, onların hərbi fazada fəal cəlb edildikləri ilə bağlı feyk xəbərlərinə münasibət bildirərkən bu məqamı xüsusi qeyd edib ki, bu, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və baş nazirin özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. “İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil” söyləyən Prezident İlham Əliyev bildirir ki, Paşinyan Gəncəyə ballistik raketləri Ermənistanın atmadığını da bildirir. Bu, sadəcə, axmaqlıqdır. Bu raketin haradan buraxılmasını, bu qətliamın icraçılarına hansı döyüş tapşırığı verildiyini Rusiya da, ABŞ da, Fransa da çox gözəl bilir. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu.

Bərdə şəhərinin də eyni məqsədlərlə atəşə tutulduğunu bildirən baş redaktor vurğulayıb: “Görünən budur ki, Ermənistan terror aktlarını davamlı şəkildə törədir, çoxlu sayda insan tələfatı olur, dağıntılar törədilir, sonra havadarlarının dəstəyi əsasında özünü baş verənlərdən nəinki xəbərsiz aparır, hətta həyasızcasına Azərbaycanı günahlandırır. Ermənistanın son bir ayda cəbhə bölgələrindən xeyli uzaqda olan yaşayış məntəqələrini, şəhərlərimizi raket atəşinə tutması onun yeni ərazilər uğrunda müharibə planlarının tərkib hissəsidir. İşğalçı Ermənistanı hər zaman silahlandıran dövlətlər həyata keçirilən terror siyasətinin məqsəd və məramını çox yaxşı bilirlər. Amma unudurlar ki, nümayiş etdirdikləri ikili standartlar əsasında siyasətlərinin ağır nəticələrini görən ölkələrin, o cümlədən Azərbaycanın nəzərində onlar artıq böyük dövlətlər, güc mərkəzləri kimi mövqelərini itirir, ədaləti, haqqı, ən əsası beynəlxalq hüququ ayaq altına atan Ermənistan kimi dövlətlərin yanında olmaqla kiçilirlər. BMT Təhlükəsizlik Şurasının son iclası hər bir dövlətin münasibətlərdə nə dərəcədə səmimi və ədalətli olduğunu nümayiş etdirdi”.

“Ermənistanın vandalizminin və barbarlığının daha bir bariz nümunəsi olan Bərdə qətliamı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırış olsa da, yenə də aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların susmaları cinayət əməlinə şərikliyə bərabərdir”, - söyləyən V.Rəhimzadə bir daha bildirib ki, Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb: “Azərbaycan Ordusu ermənilərin cinayət əməllərinin cavabını döyüş meydanında verir. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər düşünməsinlər ki, bu terror aktları Azərbaycanı zəiflədir, xalqımızın iradəsini sındırır, əksinə, bu cür vandalizm hərəkətlərindən sonra biz daha da güclənir, qələbə əzmimiz, döyüş ruhumuz yüksəlir. Oktyabrın 28-də Azərbaycan Ordusunun Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etməsi Bərdədə törədilən terror aktına döyüş meydanında verilən cavabdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib