REGİONLAR


Bərdə rayon Qullar kənd məktəbində siniflərə şəhidlərin adları verilib

Bərdə, 28 may, AZƏRTAC

Bərdə rayon Qullar kənd tam orta məktəbində siniflərə şəhidlərin adları verilib. Qullar kəndindən Birinci Qarabağ müharibəsində beş, 44 günlük Vətən müharibəsində bir şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək bildirib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar xanım Hüseynova, məktəbin direktoru Teymur Mustafayev və şəhid anaları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sarsılmaz xalq ordu birliyinin gücü ilə qazanılan böyük Qələbədən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra məktəbin 1a sinfinə - şəhid İbrahim Quliyevin, 4a sinfinə şəhid Baxış Rəhimlinin, 5a sinfinə şəhid Qabil Hüseynovun, 6a sinfinə şəhid Məzahir Rzayevin, 8a sinfinə şəhid Səyyaf Süleymanovun adı verilib. Tədbir məktəblilərin hazırladıqları kompozisiya ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.