Bərdə rayonunda 2014 hektar sahədə təkrar əkin aparılıb
AzerTAg.az
Bərdə, 5 sentyabr, AZƏRTAC
Bərdə rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə mülkiyyətçilər 2014 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 1004 hektarı qarğıdalı, 1010 hektarı tərəvəz bitkiləridir.
Bundan başqa, payızlıq əkinləri üçün 6100 hektar sahədə şum qaldırılıb. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var