CƏMİYYƏT


Bərdə rayonunda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, sağlamlığına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib. Qeyd edilib ki, bu bəladan gənclərimizi qorumaq üçün hər kəs fəal vətəndaşlıq mövqeyi sərgiləməli, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərə yaxından kömək etməlidir.

Sonra çıxış edənlər narkomaniyanın təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükə yaratdığını qeyd edib, gəncləri bu bəladan uzaq olmağa çağırıblar.

Sonda şagirdlər tərəfindən bədii kompozisiyalar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.