REGİONLAR


Bərdə rayonunda növbəti dəfə “Səyyar qəbul otağı” qurulub

Bakı, 10 avqust, AZƏRTAC

Qarşıdan payız-qış mövsümü gəlir. Hava soyuduqca mavi yanacağa tələbat artır. Yaşadığımız yeni yaşayış massivində təbii qazın olmaması səbəbindən odun almaq məcburiyyətində qalırıq. Bu da əlavə xərcdir. Massiv sakinlərinin adından sizdən xahiş edirəm ki, yaşadığımız ərazinin qazlaşdırılmasında bizə köməklik edin.

“Azəriqaz” İB-dən AZƏRTAC-a verilən məlumata əsasən, bu sözləri Bərdə rayon sakini Aynurə Səfixanova növbəti dəfə Bərdədə keçirilən “Açıq mikrofon” aksiyası zamanı bildirib.

“Azəriqaz”ın Əsaslı təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov ünvanlanan sualla bağlı qazlaşdırılma prosesinin mərhələli şəkildə icra olunduğunu söyləyib.

Aksiyada, həmçinin işə qəbul, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər də daxil olub.

“Səyyar qəbul otağı”nın imkanlarından vətəndaşlarla yanaşı, sahibkarlar da yararlanaraq, üzləşdikləri çətinliklərdən söz açıblar.

“Azəriqaz” İB-nin Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov sahibkarlara zəruri izahat verərək hər bir müraciətin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.