CƏMİYYƏT


Bərdə sakininin əkin sahəsində gizlətdiyi narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 30 iyun, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirovdan 8,36 qram marixuana götürülüb.

V.Dəmirovun Zümürxan kəndi ərazisindəki əkin sahəsində gizlətdiyi 500 qram marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.