REGİONLAR


Bərdə sakinləri “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə qoşulublar FOTO

Bərdə, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük şairin adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin “Bir gündə 650 min ağac əkək” təşəbbüsü Nəsimi dühasının təbliği ilə bərabər, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə Bərdə rayon sakinləri, xüsusilə də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının fəalları böyük coşqu və ruh yüksəkliyi ilə qoşulublar.

Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilərdə şum aparılıb, çalalar qazılıb və əkinə hazırlanıb. Kampaniya çərçivəsində rayon ərazisində minlərlə ağac əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.