REGİONLAR


Bərdə sakinlərinin qaz təchizatına dair problemləri qeydə alınıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Bərdə rayon sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Açıq mikrofon” aksiyasında Qaradağlı kənd sakini istifadə etdiyi təbii qaza görə yaranan borcu ödəyə bilmədiyini, buna görə də mənzilində quraşdırılan sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsini xahiş edib.

Bərdə rayon 2 nömrəli məktəbin direktoru Zülfüqar Əsədov isə məktəbin qazlaşdırılması ilə bağlı müraciət edib. Qaradağlı kənd sakininin müraciəti sayğacın yerinin dəyişdirilməsi və sonradan ödənişli sayğacının əvvəlcədən ödənişli sayğacla əvəz edilməsi ilə bağlı olub.

Daxil olan bütün müraciətlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.