REGİONLAR


Bərdə taxılçıları bu günədək 21 min 803,3 ton məhsul tədarük ediblər

Bərdə, 26 iyun, AZƏRTAC

Bərdə rayonunda taxıl biçininin qızğın çağıdır. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib.

Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 3412 hektar buğda, 2288 hektar arpa zəmilərində biçin aparılıb, 21 min 803,3 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 40,7 sentner, arpa sahələrində isə 34,6 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Bərdə rayonunda 13 min 658 hektarda taxıl, o cümlədən 11 min 030 hektarda buğda, 2628 hektarda arpa becərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.