REGİONLAR


Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib

Bərdə, 6 may, AZƏRTAC

Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib. Gənclərin Karyera və İnkişaf Mərkəzinin Bərdə nümayəndəliyinin təşkilatçılığı ilə aparılan təlimlərdə ilk görüş hərbi jurnalist, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovla keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru Şəmsiyyə Abbaszadə jurnalist Şöhrət Eyvazovu iştirakçılara təqdim edərək, Qarabağ müharibəsində onun fəaliyyətindən danışıb.

Jurnalist Şöhrət Eyvazov peşə fəaliyyəti, jurnalistikanın özəllikləri barədə ətraflı məlumat verib. “Kütləvi İnformasiya Vasitələrinin sosial funksiyaları və informasiya təhlükəsizliyi” mövzusunda mühazirədə jurnalistikanın əsas prinsipləri və bölgə mediasının xüsusiyyətlərindən bəhs edib.

Təlim zamanı 44 günlük müharibədə hərbi sirr xarakterli məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin tələblərinin qorunması istiqamətində göstərilən fəaliyyətdən danışılıb. Xəbərlərin hazırlanması və ötürülməsində informasiyanın operativliyi və dəqiqliyinin vacibliyi diqqətə çatdırılıb.

Təlim iştirakçıları müxtəlif media qurumlarının Qarabağ bölgəsi üzrə nümayəndələrinin fəaliyyətinə əsr olunmuş videoçarx izləyiblər. Sonda mövzu üzrə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Maraqlı suallara görə gənclərə jurnalistin kitabları hədiyyə edilib. “Gənc jurnalistlərin hazırlığı” proqramı çərçivəsində digər jurnalistlərlə də görüşlər təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.