İQTİSADİYYAT


Bərdədə Tərtər çayı üzərində 126 metr uzunluğunda yeni körpü inşa edilib

Bakı, 10 yanvar, AZƏRTAC

Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülərək yerində yeni körpünün tikintisi başa çatdırılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən aparılan tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, körpünün tikintisinə 2018-ci ilin iyul ayında başlanılıb. Dörd aşırımlı yeni körpünün uzunluğu 126, qabariti isə 11,5 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində piyada səkiləri inşa olunub.

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun həyata keçirilib və 8 ballıq zəlzələyə davamlıdır. Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular da inşa edilib. Bundan başqa, körpüyə 150 metr uzunluğunda yanaşma yolları yenidən qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.