REGİONLAR


Bərdədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bərdə, 17 oktyabr, AZƏRTAC

Bərdə rayonunun Vətən müharibəsi şəhidlərindən Xıdırov Ərəstun Arif oğlunun, Mustafayev Əkbər Natiq oğlunun və Ramazanlı Əlizamin Umud oğlunun şəhadətindən bir il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının rəhbərliyi və fəalları şəhidlərin qəbirlərini ziyarət edib, üzərinə qərənfil dəstələri düzərək xatirələrinə ehtiramlarını bildiriblər.

Şəhidlər xiyabanındakı mərasim zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. YAP rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Qələbə qazandı. Bununla da respublikamızın ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələrinin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.