Bərdədə “Zəhər tuluğu” filminin təqdimatı olub
AzerTAg.az
Bərdə, 18 iyun, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış aktyoru və rejissoru Taleh Yüzbəyovun “Zəhər tuluğu” filminin təqdimatı olub. Təqdimatda mədəniyyət işçiləri, fəal gənclər və rayon sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə film barədə məlumat verilib, insani münasibətlərin ətrafdakılara, xüsusilə uşaq və yeniyetmələrə təsirindən bəhs olunub. Sonra “Zəhər tuluğu” filmi nümayiş etdirilib. Filmdə Adilin (Taleh Yüzbəyov) yaşadığı faciələr, cəmiyyətin insan xarakterinə müxtəlif təsirləri ustalıqla işlənib.
Sonda tamaşaçılar filmlə bağlı öz təəssüratlarını bölüşüblər. Film tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.
Qeyd edək ki, filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Taleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.






Xəbərin mətnində orfoqrafik səhv var