CƏMİYYƏT


Bərdədə ağac kəsən şəxs cəzalandırılıb

Bakı, 30 iyun, AZƏRTAC

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları rayon ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlifcinsli dörd ağacın kəsilməsi faktını aşkarlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı ağacların Bərdə rayonunun Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

Nazirlik Bərdə rayonunun sakinlərinə müraciət edir ki, cərimə edilən həmin şəxsin və digərlərinin meşələrdə ağaclara belə münasibət bəsləməsinə biganə qalmasınlar. Həmkəndlilərini ağac kəsməkdən çəkindirsin, tənbeh etsin, qınasınlar ki, qiymətli meşə sərvətimiz davamlı olaraq qorunsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.