REGİONLAR
Bərdədə bayram şənliyində dörd mindən çox sakin iştirak edib
Bərdə, 1 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bərdə şəhərinin mərkəzi meydanında keçirilən ümumrayon tədbirində dörd mindən çox sakin iştirak edib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Vahid Qarayev tədbirdə çıxış edərək hər iki bayram münasibətilə bərdəliləri təbrik edib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyevin tərəfindən qoyulan həmrəylik, milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Tədbirdə 2016-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında, sosial-iqtisadi inkişafında fərqlənən şəxslərə hədiyyələr verilib.
Yeni ilin personajları olan Şaxta baba ilə Qar qızın, “Qarabağ” xalq çalğı alətləri ansamblının, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçılarına xoş anlar yaşadıb.