REGİONLAR


Bərdədə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Bərdə rayonunda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə təlim iştirakçılarına ətraflı məlumat verilib.

Reyestrin üstünlükləri barədə danışılarkən diqqətə çatdırılıb ki, qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Təlimdə, həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib.

KOBİA-nın nümayəndəsi agentliyin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, qurumun fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.