CƏMİYYƏT


Bərdədə əkin sahələrində fitosanitar monitorinqlər aparılıb

Bakı, 10 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika üzrə əkin sahələrində fitosanitar monitorinqləri davam etdirir. Agentliyin əməkdaşları növbəti monitorinqi əkin sahələrində torpaqlarda aktiv və ya qışlama dövründə olan zərərli orqanizmlərin aşkar edilməsi məqsədilə Bərdə rayonu, Körpüsındıran və Qazaxlar kəndindəki əkin sahələrində həyata keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müşahidələr zamanı əkin sahiblərinə bitkilərin inkişafına mane olan, onların məhsuldarlığını aşağı salan, görünüş və keyfiyyətinə təsir edən zərərli orqanizmlərlə əlaqədar məlumat verilib və onlara qarşı aparılmalı zəruri mübarizə tədbirləri izah edilib.

Müşahidələr zamanı “Cavid Kəndli Fermer Təsərrüfatı” və “Elkiyar” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus təsərrüfatlardan götürülən nümunələr torpaqlarda mövcud zərərli orqanizmlərin aşkarlanması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarına təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.