Bərdədə ərzaq malları anbarında nöqsanlar aşkarlanıb
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayonunun Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mürsəlov Azər Əziz oğluna məxsus ərzaq məhsullarının saxlanması və satışı anbarında yoxlama keçirilib.
Yoxlama zamanı heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan topdansatışının həyata keçirildiyi, malların saxlanılması və satışı qaydalarının, həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi məlum olub. Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbərin mətnində orfoqrafik səhv var