REGİONLAR


Bərdədə fermerlər şəkər çuğundurunun becərilməsi qaydaları barədə məlumatlandırılıblar

Bərdə, 22 fevral, AZƏRTAC

Bərdə rayonunun Yenidaşkənd kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisi, təlimçi Əliyev Bayram və baş aqronom Alim Əliyev "Şəkər çuğunduru bitkisinin əkin sahələrində dondurma şumunun aparılması, alaqlara qarşı kimyəvi mübarizə tədbirləri, səpinin təşkili" mövzusunda təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.

Şəkər çuğunduru əkilməsi üçün dondurma şumu aparılmış sahədə keçirilən təlimdə müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.