Bərdədə könüllülər xüsusi qayğıya ehtiyac duyan ailələrin qonağı olublar
AzerTAg.az
Bərdə, 26 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdikləri “Könüllü qonaq” təşəbbüsünə Bərdə gəncləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin, o cümlədən məcburi köçkün və şəhid ailələrinin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar. Gənclər ev sahibləri ilə maraqlı vaxt keçirib, onlarla çay süfrəsində səmimi söhbət ediblər. Bərdəli könüllülər ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
















Xəbərin mətnində orfoqrafik səhv var